"Milan" futbolçusu ilə müqaviləni artırdı

"Milan" futbolçusu ilə müqaviləni artırdı

"Milan" futbolçusu Pyer Kalulu ilə müqaviləni uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 2027-ci ilin 30 iyununadək sözləşmə imzalanıb. Qeyd edək ki, Kalulu 2020-ci ilin yayında "Lion"dan "Milan"a keçib. O, bu mövsüm 14 matç keçirib.