Nazim Hüseynov: “Milli Olimpiya Komitəsinə hər zaman böyük qələbələr yaraşır”

Nazim Hüseynov: “Milli Olimpiya Komitəsinə hər zaman böyük qələbələr yaraşır”

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Olimpiya çempionu Nazim Hüseynov yubiley münasibəti ilə təəssüratlarını Olimpnews.az saytı ilə bölüşüb. 
“Bu gün Milli Olimpiya Komitəsi 30 illik yubileyini qeyd etməyə hazırlaşır. Milli Olimpiya Komitəsi çətin bir dövrdə yarandı. İlk beş ildə o qədər də böyük uğurlar olmadı. 1997-ci ildə isə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra komitənin fəaliyyətində böyük dəyişikliklər baş verdi. Bu baxımdan bu il həm Milli Olimpiya Komitəsinin 30 illiyidir, həm də cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsinin 25 illiyidir. Bu 30 il ərzində həqiqətən də, Milli Olimpiya Komitəsi bir sıra uğurlu nəticələrə imza atıb. Bu 30 ildə biz Azərbaycan Orudusunun Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə torpaqlarımızı düşməndən azad etdiyinin də şahidi olduq. Bir sözlə, bu zəfərlər və qələbələr münasibəti ilə Milli Olimpiya Komitəsinin bütün kollektivini təbrik edirəm. Milli Olimpiya Komitəsinə hər zaman böyük qələbələr yaraşır”, - deyə Nazim Hüseynov bildirib.

Azər Əlizadə