Lyudmila Şubina: “Milli Olimpiya Komitəsi beynəlxalq aləmdə xüsusi nüfuza malikdir”

Lyudmila Şubina: “Milli Olimpiya Komitəsi beynəlxalq aləmdə xüsusi nüfuza malikdir”

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Olimpiya çempionu Lyudmila Şubina bu münasibətlə Olimpnews.az saytına yubiley təəssüratlarını bölüşüb.

“Azərbaycanda idmanın böyük ənənələri var. İdmançılarımız istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik əldə etdikdən sonra müxtəlif yarışlarda uğurla çıxış ediblər. Ölkəmizdə idmana göstərilən diqqət və qayğının nəticəsində idmançıların həyat tərzi, məişət şəraiti yaxşılaşdırılıb. Bu gün Milli Olimpiya Komitəsi beynəlxalq aləmdə xüsusi nüfuza malikdir. Fürsətdən istifadə edib Milli Olimpiya Komitəsini yubiley münasibətilə təbrik edir, daha böyük uğurlar arzulayıram”, - deyə Olimpiya çempionu qeyd edib.

 

Türkay Niftəliyeva