Elnur Məmmədli: “Milli Olimpiya Komitəsindən həmişə dəstək görmüşük”

Elnur Məmmədli: “Milli Olimpiya Komitəsindən həmişə dəstək görmüşük”

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli bu münasibətlə Olimpnews.az saytı ilə yubiley təəssüratlarını bölüşüb..

“Azərbaycan Milli Olimpiya Komitəsi 30 il ərzində həqiqətən də böyük işlər görüb. Ən ağır vaxtlarımızıdan çempionluğa qədər həmişə Milli Olimpiya Komitəsindən dəstək görmüşük. Bu gün dövlətimizin idmana qayğısı göz qabağındadır. Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva hər zaman biz idmançıları arenalardan dəstəkləyib. Bu idmançılar üçün əlavə stimuldur. Bu gün idmançıların ölkə rəhbərliyi tərəfindən sosial şəraiti yaxşılaşdırılıb, onlar mənzillərlə mükafatlandırılıblar. Milli Olimpiya Komitəsindən həmişə dəstək görmüşük. Yubiley münasibəti ilə Milli Olimpiya Komitəsinin kollektivini təbrik edirəm”, - deyə Elnur Məmmədli bildirib.

Azər Əlizadə