"Mən FİFA prezidenti olsaydım, bu komandanı siyahıdan çıxarardım"

"Mən FİFA prezidenti olsaydım, bu komandanı siyahıdan çıxarardım"

FİFA-nın keçmiş prezidenti Yozef Blatter İranın Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmalı olduğunu bildirib.

"Blick" nəşrinə verilən açıqlamada qeyd olunur, ölkə daxilində qadınların hüquqları pozulduğu, Rusiyaya silah satıldığı üçün belə bir qərar verilməlidir: “İran Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmalıdır. Mən FİFA prezidenti olsaydım, bu komandanı siyahıdan çıxarardım”.

Xatırladaq ki, daha əvvəl Ukrayna Futbol Assosiasiyası İranın dünya çempionatında iştirakına qadağa qoyulması xahişi ilə FİFA-ya müraciət etmişdi. Avropada da dünya çempionatında İranı İtaliya ilə əvəzləmək çağırışları olub.

İran millisi İngiltərə, Uels və ABŞ-la birlikdə B qrupunda mübarizə aparacaq.