"Bavariya" heyətini qoruyur

"Bavariya" heyətini qoruyur

Münhen "Bavariya"sı futbolçusu Yosip Stanişiçlə müqavilənin müddətini artırıb. 22 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2026-cı ilə qədərdir. Onun əvvəlki müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulmuşdu. Qeyd edək ki, Stanişiç bu mövsüm Bundesliqada və Çempionlar Liqasının hər birində 5 matç keçirib.