Noyabrın 14-19-da Şəkidə “İdman festivalı 2022” keçiriləcək. Şəki Olimpiya İdman Kompleksində təşkil olunacaq festivala 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak edəcək.
Noyabrın 14, 15 və 16-da idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri keçiriləcək. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər keçiriləcək. Eləcə də Şəki şəhərinə ekskursiya təşkil ediləcək.
Noyabrın 17, 18 və 19-da idmançılar günün iki növbəsində saat 10.00-13.00 və 15.00-18.00 aralığında şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcək, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılacaqlar. Həmçinin həmin günlərdə film nümayişi və rəsmi şəxslərlə görüşlər təşkil ediləcək.
Festival iştirakçılarının noyabrın 17-də gənclər və idman naziri Fərid Qayıbovla, 19-da isə müdafiə sənayesi naziri Mədət Quliyevlə səmimi söhbəti nəzərdə tutulub.
Şəkidə “İdman festivalı 2022” keçiriləcək