ABŞ-ın Nyu-York şəhərində “Madison Square Garden” arenasında UFC 281 turniri keçirilib. Əsas döyüşdə təşkilatın orta çəkidə (84 kq-a qədər) çempionu yeni zelandiyalı İsrael Adesanya braziliyalı Aleks Pereyra ilə mübarizə apararaq titulunu qoruyub. Döyüş beşinci raundda A.Pereyranın erkən qələbəsi ilə yekunlaşıb. Braziliyalı idmançı İ.Adesanyanı nokautla məğlub edib.
İsrael Adesanyanın hesabında peşəkar qarışıq döyüş sənətlərində 25 qarşılaşma var ki, onlardan 23-də qələbə qazanıb, 2-də məğlub olub. Aleks Pereyra isə səkkiz döyüş keçirib və bunlardan yeddisində qələbə qazanıb. Bir görüş isə braziliyalının məğlubiyyəti ilə başa çatıb.