Misli Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulacaq

Misli Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulacaq

Bu gün futbol üzrə Misli Premyer Liqasında XIV turun oyunlarına yekun vurulacaq. Son oyun günündə 2 görüş keçiriləcək. Günün ilk matçı Gəncədə yerli "Kəpəz"lə "Turan Tovuz" komandaları arasında olacaq. Hazırda meydan sahibləri 8 xalla 9-cu, qonaqlar isə 15 xalla 6-cı pillədə yer alıblar.

Tura "Sabah" və "Qarabağ" arasında keçiriləcək mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Ağdam təmsilçisi 13 oyundan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. Rəqibindən 5 xal geri qalan paytaxt klubu isə 2-cidir.