Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib. "Kəpəz" Gəncədə "Turan Tovuz"la qarşılaşıb. Maraqla gözlənilən Qərb derbisində hesab açılmayıb. Tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq oyun qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 9-a çatdıran meydan sahibləri 9-cu pillədə qalıb. 16 xalı olan qonaqlar isə 6-cı pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Sabah" və "Qarabağ" komandalarının oyunu ilə yekun vurulacaq.