Misli Premyer Liqası: Lider mərkəzi oyunda xal itirdi 

Misli Premyer Liqası: Lider mərkəzi oyunda xal itirdi 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunlarına  yekun vurulub. Turun son matçında "Sabah" komandası "Qarabağ"ı qəbul edib. "Bank Respublika Arena"da keçirilən görüşdə hesab açılmayıb -0:0. Cari mövsüm ölkə çempionatında ilk dəfə xal itirən Ağdam təmsilçisi hazırda turnir cədvəlinə başçılıq edir. Ağdam klubunun aktivində 40 xalı var. Liderdən 5 xal geri qalan paytaxt təmsilçisi ilə 2-ci pillədə qərarlaşıb.