“Liverpul” diqqətini “Napoli”yə yönəldib

“Liverpul” diqqətini “Napoli”yə yönəldib

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya İngiltərədə daha bir klubunun maraq dairəsinə düşüb. "Liverpul" Gürcüstan millisinin üzvü ilə maraqlanır. Mersisayd təmsilçisi Xviça ilə yanaşı, "Napoli"dən Viktor Osimheni də transfer etmək istəyir. Bildirilib ki, hər iki futbolçunun alınması "Liverpul"a ən azı 200 milyon avroya başa gələcək. Klub hər iki transferi 2023-cü ilin yayında təşkil etməyi planlaşdırır. "Liverpul" rəhbərliyi oyunçulara heyrandır və onların Çempionlar Liqasında "Liverpul"a qarşı oyunlarını çox bəyənib. Qeyd edək ki, X.Kvaratsxeliya ilə "Mançester Siti" də maraqlanır.