Madrid "Atletiko"su baş məşqçisi Dieqo Simeoneni istefaya göndərilə bilər. Bu barədə jurnalist Nikolo Şkira özünün "Tvitter" hesabında yazıb. Madrid təmsilçisi son olaraq La Liqanın 14-cü turunda səfərdə "Malyorka"ya 0:1 hesabı ilə uduzub. Bildirilib ki, klub rəhbərliyi argentinalı mütəxəssislə yolları ayırmaq variantını nəzərdən keçirir. Rəhbərlik son 5 oyundur qalib gələ bilməyən komandanın nəticələrindən məyus olub. Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.
Xatırladaq ki, Madrid təmsilçisi La Liqada hazırda 24 xalla 6-cı pillədə qərarlaşıb. Simeonenun rəhbərliyi altında komanda bu mövsüm ÇL-də qrupdan çıxa bilməyib və sonuncu olub.