«Bunu məndən yaxşı heç kim bilmir»

«Bunu məndən yaxşı heç kim bilmir»

Britaniyalı müğənni Dua Lipanın DÇ-2022-nin açılış mərasimində çıxış edəcəyi barədə məlumatlar yayılıb. Müğənni bu fikirlə bağlı bunları deyib: «Bu barədə çoxlu söhbətlər gəzir. Maqazin mediası mənim barəmdə hər nə gəldi, yazır. Lakin bunu məndən yaxşı heç kim bilmir. Mən isə deyirəm, açılış mərasimində çıxışım nəzərdə tutulmayıb»

Dua Lipa azarkeşlik etdiyi komanda barəsində də fikirlərini bildirib. O, qeyd edib ki, mundialda İngiltərə yığmasına azarkeşlik edəcək. «Yığma komandanın oyunu televiziya vasitəsilə izləyəcəyəm. Qətərə getmək barəsində heç bir planım yoxdur», - deyə Du Lipa bildirib.