DÇ-2022: Nkunku mundial başlamadan zədələndi

DÇ-2022: Nkunku mundial başlamadan zədələndi

Fransa millisinin futbolçusu Kristofer Nkunku mundialı buraxacaq. Bu barədə yığmanın rəsmi Tvitter hesabında bildirilib. 25 yaşlı hücumçu məşqdə top uğrunda mübarizə apararkən Eduardo Kamavinqa ilə təmasdan sonra zədələnib. Hazırda onun əvəzinə başqa futbolçunun dəvəti barədə planlar müzakirə olunur.