Seneqal millisinin kapitanı Sadio Mane Qətərdə keçiriləcək dünya çempionatının ilk oyunlarını buraxacaq. Bunu Seneqal Futbol Federasiyanın nümayəndəsi Abdulay Sou BBC-yə açıqlamasında deyib. Onun sözlərinə görə, "Bavariya"nın hücumçusu noyabrın 21-də Niderland və noyabrın 25-də Qətərlə keçiriləcək oyunlarda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.