"Avropalıların  hökmranlığına son qoymaq vaxtıdır"

"Avropalıların  hökmranlığına son qoymaq vaxtıdır"

Braziliya yığmasının keçmiş futbolçusu Markos Kafu mundial ilə bağlı yerli mətbuata açıqlama verib. O, ölkəsinin bu turnirdə qalib olacağına böyük ümid bəsləyir. «Braziliya yığması hazırda əsas favoritlərdən biri sayılır. Heyətimizdə Avropanın super klublarında iştirak edən futbolçular yer alıb. Belə düşünürəm ki, avropalıların  hökmranlığına son qoymaq vaxtıdır. Bizim ən güclü rəqibimiz Argentinadır. 20 ildir ki, dünya kuboku Braziliyaya getmir. Artıq həmin vaxt yetişib», - deyə keçmiş kapitan vurğulayıb.
Kafu eyni zamanda digər komandalarında şansını qiymətləndirib: «Avropadan Belçika, Dainmarka, Serbiya və Fransanı xüsusi qeyd etmək olar. Avropalıları əsas rəqib kimi görə bilərəm. Digər qitədən olan təmsilçilər barəsində deyə bilərəm ki, onlar mundiala iştirak üçün gəliblər».