"Çempionluq şansımız rəqiblərdən daha yüksəkdir"

"Çempionluq şansımız rəqiblərdən daha yüksəkdir"

Argentinanın keçmiş prezidenti Maurisio Makri Almaniya milli komandasını mundialda favoritlər sırasından ayırıb. Futbol üzrə dünya çempionatı ilə bağlı yerli mətbuata açıqlama verən keçmiş dövlət rəsmisi La Nasion nəşrinə bunları deyib: «Eşitdim ki, mündailda çempion olması mümkün olan 5 yığma komandanın adını çəkirlər. Onların arasında Argentina yaxud  Braziliyanın çempionluğunu görənlərlə tamamilə razıyam. Digər komandalardan Fransa və Portuqaliyanın da imkanları məhdud deyil. Almaniya isə sona qədər mübarizə aparan komandadır. Lakin çempionluq şansımız rəqiblərdən daha yüksəkdir».