Millimizin məğlubiyyətsizlik oyunlar seriyası dördə çatdı 

Millimizin məğlubiyyətsizlik oyunlar seriyası dördə çatdı 

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinə hazırlıq məqsədi ilə yoldaşlıq oyununda gücünü sınayıb. Komandamız Kişineudakı "Zimbru" stadionunda Moldova seçməsinin qonağı olub. Oyun komandamızın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Canni De Byazinin komandası ilk hissənin 28-ci dəqiqəsində Emin Mahmudovla hesabı açıb. Komandamızın oyundakı fəallığı ilk hissənin sonlarına öz bəhrəsini verib. Matçın   42-ci dəqiqəsində Aleksey İsayev hesab arasındakı fərqi iki topa çatdırıb. Oyunda sonuncu qol isə ikinci hissənin sonlarında vurulub. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibləri Nikita Motspa Moldovanın təsəlli qolunu vurub. Beləliklə, komandamız ardıcıl 4-cü cü oyundur ki, meydanı qələbə ilə tər edir.