Levandovski 3 oyun “Barselona”ya kömək edə bilməyəcək

Levandovski 3 oyun “Barselona”ya kömək edə bilməyəcək

İspaniyanın "Barselona” klubunun hücumçusu Robert Levandovski 3 oyunluq cəzalanacaq. Polşalı futbolçu La Liqanın 14-cü tur çərçivəsində "Osasuna” ilə oyunda etdiyi jestə görə bu cəzaya məruz qalacaq. O, cəzaya görə kataloniya klubunun La Liqada "Espanyol”, "Real Betis” və "Atletiko Madrid” klublarına qarşı keçirəcəyi oyunları buraxacaq.
Qeyd edək ki R.Levandovski ötən tur "Osasuna” ilə oyunun 31-ci dəqiqəsində qırmızı vərəqə almışdı. Bu, ulduz futbolçunun karyerasında aldığı ikinci qırmızı vərəqə idi.