"İdman festivalı 2022"nin açılış mərasimi keçirilib 

"İdman festivalı 2022"nin açılış mərasimi keçirilib 

Şəkidə "İdman festivalı 2022"nin açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov, idmançılar və digər şəxslər iştirak ediblər. Tədbir şəhidlərin ruhnunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
Açılış mərasimində çıxış edən Həsən Həsənov çıxış edərək ölkəmizdə idman və Olimpiya Hərəkatının inkişafından danışıb. O, idmanın dövlət siyasətinə çevrildiyini qeyd edib.
Gənclər və idman nazir Fərid Qayıbov isə idmançıların daim dövlətin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Nazir Şəkidə ilk dəfə yeniyetmələr arasında idman festivalının təşkil olunduğunu bildirib. Tədbir münasibəti ilə iştirakçılara təbriklərini çatdıran F.Qayıbov idman festivalını açıq elan edib. 
Ardınca Dövlət Himni səsləndirilib və idmançıların çıxışlarına start verilib.
Qeyd edək ki, noyabrın 14-də Şəki Olimpiya İdman Kompleksində start götürən festivalda 23 idman növü üzrə 149 idmançı, 35 məşqçi iştirak edir. İdman tədbirinə noyabrın 19-da yekun vurulacaq.