Niderlandlı futbolçuya «Sevilya»dan təklif gəlib

Niderlandlı futbolçuya «Sevilya»dan təklif gəlib

«Barselona»nın hücumçusu Memfis Depay mundialdan sonra klubu tərk edə bilər. TMW-nin yaydığı məlumata görə, niderlandlı futbolçu «Sevilya»dan təklif alıb. Bundan başqa İngiltərə Premyer Liqasında çıxış edən bir neçə klub Depayı öz heyətlərində görməyə çalışır.

Xatırladaq ki, niderlandlı futbolçu ilə klub arasında müqavilə gələn ilin yayında başa çatır.