«Biz finala çıxanda televizorunuzu açmağı unutmayın»

«Biz finala çıxanda televizorunuzu açmağı unutmayın»

Niderland mili komandasını baş məşqçisi Lui Van Qal mundial ilə bağlı fikirlərini bölüşüb.

«Heyətimizdə elə də super futbolçular yoxdur. Lakin mən onlara və seçdiyim taktikaya güvənirəm. Hər şeydən əvvəl mənəvi cəhətdən qələbələri hiss etməliyik. Belə hisslər öz sözünü yaşıl meydanda mütləq biruzə verəcək. Qətərə elə futbolçular gətirmişəm ki, onlar taktikamı dərhal qavraya bilirlər. İdeoloji cəhətdən televizioru bağlı saxlayanlara sözüm var. Biz finala çıxanda televizorunuzu açmağı unutmayın» , - deyə van Qal AS nəşrinə bildirib.