«Kərim və Kilian yaxşı başa düşür ki…»

«Kərim və Kilian yaxşı başa düşür ki…»

Fransa yığma komandasının baş məqçisi Didye Deşam yığmanın hücum xəttində yer alan Mbappe və Benzema barədə fikirlərini bölüşüb.

«Onların hər ikisi hücum qrupunun oyunçularıdır. Möhtəşəm çıxışları ilə diqqəti öz üzərlərinə çəkməyi bacarırlar. Lakin onlardan heç biri liderliyi öz üzərinə götürməyə çalışmır. Kərim və Kilian yaxşı başa düşür ki, iki futbolçunun fərdi çıxışı yığma komandanın qələbəsi üçün kifayət etmir», - deyə fransalı baş məşqçi bildirib.