Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək. İtaliya əsilli isveçrəli funksioner qarşıdakı seçkilərdə bu vəzifəyə yeganə namizəddir. Seçkilərlə bağlı ərizələrin verilməsi üçün son tarix başa çatıb.Seçkilər 2023-cü il martın 16-da FIFA-nın Ruandada baş tutacaq 73-cü Konqresində keçiriləcək.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən quruma rəhbərlik edir.