Yunanıstanın paytaxtı Afina şəhərində uşu-kunq fu üzrə 18-ci Avropa çempionatı keçirilib. Yarışda Azərbaycan idmançıları uğurla çıxış edərək 12 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Çinda versiyası üzrə yeniyetmələr arasında Hüseyn Dəyyanlı (42 kq), gənclər arasında Yusif Azadi (48 kq), böyüklər arasında Fuad Əfəndiyev (70 kq), Əli Fətullayev (52 kq), sanda versiyasında yeniyetmələr arasında Elçin Muradov (45 kq), gənclər arasında Cəlal Seyidov (48 kq), Raul Qasımzadə (52 kq), Bahadur Əhmədov (60 kq), Həsənov Mehdi (65 kq), Xətai Nemətli (75 kq), Kənan Həsənli (90 kq), böyüklər arasında Elçin Eminov (70 kq) qızıl medal qazanıblar. Sanda versiyası üzrə Hüseyn Hüseynli gənclər arasında (56 kq) gümüş, Ruslan Pirəliyev (70 kq) isə bürünc medal qazanıblar.
Qədim Ellada torpağında uğurlu nəticə