Sumqayıt şəhər çempionatına yekun vurulub

Sumqayıt şəhər çempionatına yekun vurulub

Sumqayıt Olimpiya İdman Kompleksində Milli Dirçəliş Gününə həsr olunan qadınlar və kişilər arasında Sumqayıt şəhər çempionatı keçirilib. Azərbaycan Cüdo Federasiyası və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin ilə birgə təşkilatçılığı ilə baş tutan yarışda 14 çəki dərəcəsində 102 cüdoçu medallar uğrunda mübarizə aparıb. Yarışın keçirilməsində əsas məqsəd cari ilin 2-5 dekabrında keçiriləcək Azərbaycan çempionatına namizədlərin seçilməsidir.