Maradonanın “Tanrının əli” ilə qol vurduğu top hərracda rekord qiymətə satıldı

Maradonanın “Tanrının əli” ilə qol vurduğu top hərracda rekord qiymətə satıldı

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın 1986-cı ildə Meksikada keçirilən futbol üzrə dünya çempionatında “Tanrının əli” ilə qol vurduğu top hərracda satışa çıxarılıb. Çempionatın 1/4 finalında İngiltərəyə qarşı oyunda istifadə olunan top “Graham Budd Auctions” hərracında 2,28 milyon avroya satılıb. Topu İngiltərə-Argentina matçında çalışmış tunisli hakim Əli Bin Naseru satışa çıxarıb. Topun başlanğıc qiyməti 570 min avrodan başlayıb.
Argentina yığması əfsanəvi Dieqo Maradonanın iki qolu sayəsində 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. İlk qolu isə o, əli ilə vurub. Hakim britaniyalıların etirazına baxmayaraq, topun başla vurulduğu qənaətinə gəlib və qolu qeydə alıb.
Qələbədən sonra argentinalı hücumçu bildirib ki, top “bir az Maradonanın başı, bir az da Tanrının əli” ilə vurulub.