Türkiyə Avropa çempionatı üçün namizədliyini irəli sürdü

Türkiyə Avropa çempionatı üçün namizədliyini irəli sürdü

Türkiyə 2028-ci və 2032-ci illərdə futbol üzrə Avropa çempionatlarına ev sahibliyi etmək üçün namizədlik sənədini UEFA-ya təqdim edib.

Türkiyə ilə yanaşı, UEFA-ya həmçinin İngiltərə, Şimali İrlandiya, İrlandiya Respublikası, Şotlandiya və Uels futbol assosiasiyaları 2028-ci il, İtaliya isə 2032-ci il ev sahibliyi üçün müraciət edib. Yekun təklif sənədinin təqdim edilməsi üçün son tarix 2023-cü il aprelin 12-nə qədərdir.

Ev sahibi seçiləcək ölkələrin adı gələn ilin payızında müəyyənləşəcək.