Bu gün ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə start veriləcək. 52 dövlət qurumunun iştirakı ilə keçirilən turnirin ilk oyununda SOCAR və KOBİA komandaları üz-üzə gələcək. Bakı Tennis Akademiyasında keçiriləcək oyuna saat 20:00-da təşkil olunacaq açılış mərasimindən sonra start veriləcək.
Qeyd edək ki, ilk turun oyunları noyabrın 19-da və 20-də təşkil olunacaq.
Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turniri bü gun başlayır