Seneqal azarkeşləri çox məyus olacaqlar

Seneqal azarkeşləri çox məyus olacaqlar

Almaniya "Bavariya"sının və Seneqal millisinin futbolçusu Sadio Mane Qətərdə keçiriləcək dünya çempionatında oynamayacaq.
İnformasiyanı Seneqal millisinin mətbuat xidməti yayıb.
Bundesliqada "Verder"lə matçda (6:1) aldığı zədəni sağalda bilməyən Manenin əməliyyat edildiyi bildirilib. Məlumatı Münhen klubunun da rəsmi saytı da açıqlayıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.