Ekvador Qətərə 1 top fərqilə uduzacaq?

Ekvador Qətərə 1 top fərqilə uduzacaq?

Britaniyanın Yaxın Şərq tədqiqatı mərkəzinin regional rəhbəri Amcad Taha DÇ-2022-nin təşkilatçısı Qətər barədə rezonans doğuran açıqlama ilə diqqət mərkəzinə düşüb. Jurnalist və siyasi analitik kimi tanınan Taha sosial şəbəkə hesablarında belə yazıb: "Qətər Ekvadorun səkkiz oyunçusunu 7,1 milyon avro qarşılığında alıb ki, cənubi amerikalılar ikinci hissədə 1 top buraxaraq uduzsunlar. Ekvador və Qətərdən beş insayder informasiyanı təsdiqlədi. Ümid edirəm ki, bu, yalandır. İnformasiyanın yayılmasının nəticəyə təsir edəcəyinə inanırıq. Dünya FİFA-dakı korrupsiyaya qarşı çıxmalıdır".

Qeyd edək ki, Qətərlə Ekvador noyabrın 20-də Əl-Hauredəki "Əl-Bayt" stadionunda qarşılaşacaqlar.