Şeyxlər turistlərə qadağa qoydu, FİFA razılaşdı

Şeyxlər turistlərə qadağa qoydu, FİFA razılaşdı

 

Qətər DÇ-2022-yə 2 gün qalmış FİFA -dan stadionlardan pivənin tamamilə yığışdırılmasını tələb edib.

Bu barədə "The Times" məlumat yayıb. Dünya çempionatının başlamasına 48 saat qalmış Qətərin hakim ailəsinin üzvləri FİFA-dan stadionlarda pivə satışını dayandırmağı tələb ediblər.

Anonsun bu gün yayımlanacağı gözlənilir. Lakin artıq məlumdur ki, azarkeşlər böyük ehtimalla heç bir oyunda pivə ala bilməyəcəklər. Əgər pivə istehsalçısına məhsulunu satmaq və ya onu matçlarda nümayiş etdirmək icazəsi verilməsə, FİFA bir neçə milyon dollarlıq müqaviləni pozacaq. Hazırda bütün futbol azarkeşləri üçün pivənin mütləq olacağı yeganə yer Dohadakı fan zonalarıdır. Təşkilatçılar stadionlarda pivə olması ilə bağlı FİFA-ya ciddi təzyiq göstəriblər. Qeyd olunur ki, bu, Qətərin hakim ailəsi Əl-Taninin təkidi ilə baş verib.

Stadionlarda spirtli içkilərin olacağı yeganə yerin - VİP qutuların olması ehtimalı var.