Azərbaycan basketbol tarixində ilk 

Azərbaycan basketbol tarixində ilk 

Cari mövsümdən Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə 5 fərqli liqadan ibarət olan çempionatlara hazırlıq işləri başa çatıb. Ötən ay start götürən kişilər arasında Azərbaycan çempionatı (ABL) yüksək səviyyəsi ilə seçilir. Federasiya həvəskar və tələbə basketbolçuları da diqqətdən kənarda saxlamayıb. Dekabrdan Həvəskar Basketbol Liqası (HBL) və Tələbə Basketbol Liqası (TBL) adları ilə keçiriləcək liqalarda müvafiq olaraq, 7 həvəskar və 8 universitet komandasının iştirakı gözlənilir. Bundan əlavə noyabrın 19-da 8 komandanın iştirakı ilə 3x3 Qadın Basketbol Liqasına (3x3 QBL) və dekabr ayında isə oğlanlar və qızlar arasında müxtəlif yaş qrupları üzrə Uşaq-Gənclər Basketbol Liqasına start veriləcək.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının oyunları "Sərhədçi" İdman Mərkəzində, digər liqaların görüşləri isə Azərbaycan Texniki və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin idman zallarında təşkil olunacaq.