"Barselona" "Bavariya"nı qapaqladı

"Barselona" "Bavariya"nı qapaqladı

"Barselona" DÇ-2022-yə ən çox futbolçu göndərən klublar arasında birinci olub.

Bu gün Kataloniya klubunun müdafiəçisi​ Alexandro Balde zədələnən Xose Qayanın yerinə İspaniya millisinə dəvət alıb. Bununla da, "Barselona"nın mundiala dəvət alan futbolçularının sayı 17-ə çatıb.
Bundan əvvəl isə sözügedən göstəricidə "Bavariya" birindi idi. Ancaq Sadio Manenin zədələnərək Seneqal millisininin heyətindən çıxarılması "Barselona"nı birinci edib.