Qətərin 12 il ərzində futbol üzrə dünya çempionatının hazırlığına xərclədiyi məbləğ bəlli olub. "Bloomberg"in yaydığı xəbərə görə, ölkə mundial üçün 300 milyard ABŞ dolları xərcləyib.
Turnirin Qətərdə təşkili 2010-cu ildə təsdiqlənib. Həmin vaxtdan sonra paytaxt Dohada yeni stadionlar, otellər və digər obyektlər tikilib. Təşkilatçılar FIFA-nın yarışdan rekord gəlir əldə edəcəyini düşünür.