Mundial öncəsi dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir. Bu gün daha dörd qarşılaşma baş tutub.
Kamerun yığmasının Panama ilə heç-heçə etdiyi gündə Serbiya millisi Bəhreyn üzərində darmadağına sevinib.
Belçika yığması isə Misir komandası ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda misirlilər qələbə qazanan tərəf olub. Mustafa Məhəmməd (33) və Trezeqenin (46) vurduğu qollarla məğlub duruma düşən Avropa təmsilçisi, 76-cı dəqiqədə Luis Opendanın vurduğu təsəlli qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.