Qadın həndbolçuların mübarizəsi favoritlərin qələbəsi ilə başladı
Həndbol üzrə qadınlar arasında ölkə çempionatına start verilib."AHF Arena"da keçirilən ilk yarış günündə meydana əvvəlcə “İdman Akademiyası” və “Azəryol” komandalarının həndbolçuları çıxıb. Oyun son ölkə çempionunun 37-22 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ikinci matçında “Azərsu” “U-16” ilə üz-üzə gəlib. Qarşılaşma “Azərsu” komandasının inamlı qələbəsi ilə başa çatıb - 22:10.
İkinci turun görüşlərində də favoritlər meydanı qələbə ilə tərk ediblər. “Azəryol” “İdman Akademiyası”na bu dəfə 40:23 hesabı ilə qalib gəlib. “Azərsu” isə “U-16”dan güclü olub -30:15.
Qadın həndbolçuların mübarizəsi favoritlərin qələbəsi ilə başladı