Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Zərifə Hüseynova Bolqarıstanın Sofiya şəhərində keçirilən "Etropolski" turnirində qızıl medal qazanıb. Qrupda keçirdiyi 6 görüşü mütləq nəticə ilə başa vuran Z.Hüseynova finala gedən yolda Böyük Britaniya, Macarıstan, Yunanıstan, Türkiyə və Polşanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib.
Həlledici görüşdə Bolqarıstan sablyaçısı Mariela Georgievanı 15:11 hesabı ilə məğlub edərək 23 ölkədən 213 iştirakçı arasında keçirilən turnirin qalibi adını qazanıb.
Xatırladaq ki, daha əvvəl Abbas Hüseynov Bolqarıstanın Sofiya şəhərində keçirilən "Etropolski" turnirində qızıl medal qazanmışdı.
Daha bir qılıncoynadanımız Bolqarıstanda fərqləndi