PFL-in yeni loqosu müəyyənləşdi

PFL-in yeni loqosu müəyyənləşdi

Peşəkar Futbol Liqasının (PFL) yeni loqosu müəyyənləşib. 130 nümunə arasında Fərhad Sultanovun dizayn etdiyi loqo qalib olub. Loqoda futbolu ifadə edən top təsvir olunub, mərkəzdə alov və buta silueti yer alıb. Onlar Odlar Yurdu Azərbaycana işarədir. Bundan əlavə, loqodakı kürə qlobal dünya futbolunun simvoludur, alov və buta ilə ayrılan sahə qlobal futbolun ayrılmaz hissəsi olaraq Azərbaycan futbolunu ifadə edir.