Quardiola "Mançester Siti"də qalır

Quardiola "Mançester Siti"də qalır

"Mançester Siti" baş məşqçisi Xosep Quardiola ilə müqavilənin müddətini uzadıb. Tərəflərin qraşılıqlı razılaşması 2025-ci ilin yayına qədərdir. Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.  "Şəhərlilər" Qvardiolanın rəhbərliyi altında 11 kubok qazanıb: 4 İngiltərə çempionluğu, 1 İngiltərə kuboku, 4 Liqa kuboku və 2 İngiltərə Superkuboku.