Poliatlon çoxnövçülüyü üzrə yarışın qalibləri mükafatlandırılıb

Poliatlon çoxnövçülüyü üzrə yarışın qalibləri mükafatlandırılıb

 

Ağcabədidə gənclər arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən rayon turnirinin qalibləri müəyyənləşib. Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 12 komanda iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan yarışda “Birlik” komandası birinci, “Zirvə” komandası ikinci, “Zəfər” komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.