İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasını Konqresdə baş katib Vasif Məmmədov təmsil edib. Konqres çərçivəsində cari mövsüm 2 dünya kubokunun və 1 Qran-Prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim olunub. Qeyd edək ki, daha öncə bu titula Yelena Jemayeva layiq görülüb.
Qılıncoynadanımıza xüsusi mükafat verilib