Sabah İspaniyada şahmat üzrə açıq turnirə start veriləcək. Yarışda 65-i qrosmeyster olmaqla, 184 şahmatçı mübarizə aparacaq. Yarışın güclü A turnirində Azərbaycanı Eltac Səfərli və Read Səmədov təmsil edəcəklər. Təmsilçimiz E.Səfərli turnir çərçivəsində təşkil ediləcək blits yarışında da qüvvəsini sınayacaq.