“Dördlər finalı” “Zanbaqlar ölkəsi”nə həvəle edildi

“Dördlər finalı” “Zanbaqlar ölkəsi”nə həvəle edildi

UEFA Millətlər Liqasında “Dördlər finalı”na ev sahibliyi edəcək ölkə müəyyənləşib. Final görüşlərinə Niderland ev sahibliyi edəcək. Miniturnirdə A Liqasının qruplarının qalibləri - Niderland, Xorvatiya, İtaliya və İspaniya mübarizə aparacaqlar.

Qeyd edək ki, yarımfinal oyunları gələn il iyunun 14-15-də, üçüncü yer uğrunda görüş və final isə iyunun 18-də keçiriləcək.