“Sambaçılar” böyükhesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazandılar

“Sambaçılar” böyükhesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazandılar

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün keçirilən daha bir oyunla 1/4 finala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib. “Stadium 974”də oynanılan matçda Koreya Respublikası yığmasını 4:1 hesabı ilə məğlub edən Braziliya millisi növbəti mərhələyə vəsiqə qazanıb. “Sambaçılar”ın heyətində Vinisius Junior (7), Neymar (13), Rişarlison (29) və Lukas Paketa (36) fərqlənib. Koreya Respublikası millisinin təsəlli qolunu isə matçın 76-cı dəqiqəsində Payk Senq Ho vurub.

Beləliklə, Braziliya millisi böyükhesablı qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb.  Cənubi amerikalıların növbəti mərhələdəki rəqibi Xorvatiya millisi olacaq.