İngiltərə millisinin üzvü Rahim Sterlinqin yığmanın düşərgəsini tərk edərək ölkəsinə qayıtmasının səbəbi məlum olub. Hücumçunun Londondakı evi qarət olunub. Sterlinq ailəsinin yanında olmaq üçün Londona gedib. Xatırladaq ki, İngiltərə Seneqalı 3:0 hesabıyla məğlub edib və 1/4 finala yüksəlib. Komanda bu raundda Fransa ilə qarşılaşacaq.