Peledən yeni xəbər var

Peledən yeni xəbər var

Braziliyalı əfsanəvi futbolçu Pelenin son durumuna aydınlıq gəlib. Bu barədə üçqat dünya çempionunun müalicə aldığı xəstəxanadan bildirilib. Qeyd olunub ki, Pelenin səhhəti getdikcə yaxşılaşır: "Xəstənin durumunda müsbət dinamika müşahidə olunur. O, adi palatada qalır, həyati göstəriciləri sabitdir. Şüuru yerindədir, yeni fəsadlar yoxdur".

Xatırladaq ki, daha əvvəl bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyətinin pisləşdiyi və artıq kimyaterapiyaya cavab vermədiyi bildirilmişdi.

 

Azər