PSJ-nin prezidenti: «Mundialın başa çatmasını gözləyirəm»

PSJ-nin prezidenti: «Mundialın başa çatmasını gözləyirəm»

PSJ-nin prezidenti Nasser Əl-Helaifi bildirib ki, qış transfer pəncərəsində Dortmund «Borussiya»sının yarımımüdafiəçisi Cud Bellinqemin kluba keçidini təmin etmək istəyir. «O, hazırda dünya çempionatında iştirak edən ən yaxşı futbolçulardan biridir. «Borussiya» rəhbərliyi ilə danışıqlara hazıram. Hesab edirəm ki, ingiltərəli futbolçu yeni ildən etibarən bizim heyətimizdə çıxış etməyə layiqdi. Mundialın başa çatmasını gözləyirəm», - PSJ rəhbəri «Sky Sport»a bildirib.

Anar