«Latsio» «Real»a xəbər göndərib

«Latsio» «Real»a xəbər göndərib

Tanınmış italiyalı jurnalist Nikolo Skiri tvitter səhifəsində bildirib ki, «Latsio» Madrid «Real»ının hücumçusu  Mariano Diasla yaxından maraqlanır. Futbolçunun «Real»dakı müqaviləsi gələn ilin yayında başa çatır. Bu səbəbdən Roma təmsilçiləri 29 yaşlı futbolçunu ya icarəyə götürəcək, ya da ki, onun transferinə çalışacaq. Lakin madridlilərin Dias üçün «Latsio»dan nə qədər pul tələb edəcəyi hələ ki, bilinmir.

 

Anar